‘Hər səhər saat 10-dan sonra onunla meşəlikdə...’ - Müğənni Cəmilə

MAQAZİN
00:04 16.12.2013
7022

“Guya fiqura saxlayırlar, sifət çöküb nə gündədir”

"Ədalət" qəzeti "Elit star" ləqəbli müğənni Cəmilə ilə müsahibə hazırlayıb.

AZXEBER.COM Cəmilənin sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olan həmin müsahibəsini təqdim edir:

-İdman mənim birinci sahəmdir (gülür). Qaçış üzrə 200 və 400 metr məsafədə 3 qat Azərbaycan çempionuyam.

-Hazırda idmanla məşğulsunuz?

-İndi evdə məşğul oluram formamı saxlamaq üçün. Press və yüngül idman hərəkətləri edirəm.

-Gün ərzində idmana nə qədər vaxt həsr edirsiniz?

-Doğrusu elə gün olur ki, idman eləmirəm, elə gün olur ki, 5-10 dəqiqə. Üç il çempion olduğum illərdə o qədər məşq edirdim ki, ürəyim bulanırdı. Səhər saat 10-dan sonra Tofiq Bəhramov adına Respublika Stadionunun ətrafındakı meşəlikdə 10 kilometr kross qaçırdıq. Sonra istirahət edib axşam saat 6-da yenidən qaçırdıq.

-Sizcə idman vacibdir?

-Mütləq vacibdir. Düzdür, hər adam çempion ola bilməz. Amma idman eləmək lazımdır. O vaxt gündə iki dəfə məşq edirdik, hökumət yemək xərclərimizi ödəyirdi, bizə maaş kəsmişdilər.

- Azərbaycan səhnəsində sizdən başqa titullu idmançı xanım var?

- Bilmirəm, yalan deyərəm. İdman çox çətindir. 172 santimetr boyla cəmi 52 kiloqram idim. Təsəvvür edin ki, o boyda olan adam 52 kilo. Nə icazə yox idi, nə də kökəlməyə zamanımız. Yığdığımız kalorinin hamısı məşqdə gedirdi. Yarışlarda elə adrenalin var idi ki... Yarışlarda aldığım adrenalini hələ səhnədə almamışam.

-Başqa sevdiyinz idman növü var?

-Fiqurlu konkisürmə idmanı üçün ürəyim gedir (gülür). Altı ay da basketbolla məşğul olmuşam. Voleybola, futbola azarkeşliyim o qədər də yüksək deyil. Boks və karateni də sevirəm.

-Tanıdığınız boksçulardan kimlər var?

-Mayk Tayson.

-Yerli idmançılardan kimləri tanıyırsınız?

-Gürcüstanlı bir idmançımız var e...

-Zabit Səmədov?

-Hə, onu tanıyıram. Amma o da bizim adımızdan çıxış eləmir ki.

-Artıq çıxış edir. Olimpiya dünya çempionlarımızdan kimləri tanıyırsınız?

-Arif və Namiq Abdullayevləri, Zemfira Meftahəddinovanı, Zülfiyyə Hüseynovanı tanıyıram.

-Hansısa idmançıyla ünsiyyətiniz var?

-Hamısıyla ünsiyyətim var. Mənim həyat yoldaşım Milli Olimpiya Komitəsinin baş həkimi olduğuna görə bütün idmançıları tanıyıram.

-Səhnə adamı formada olmalıdır. Amma bizim sənət adamları formada deyillər...

-Mən həmişə formadayam. İdmançı olduğuma görə, idman formalı qadınları da, kişiləri də çox sevirəm. Bizimkilər bapbalaca və çox arıq olurlar. Elə bilirlər ki, çöp kimi arıq olanda qəşəng görünürlər. Bədənləri ya bütünlüklə yağdır, ya da özlərini qupquru qurudublar. Guya fiqura saxlayırlar, sifət çöküb nə gündədir. Rusiyada oğlanlara da, qızlara da baxırsan hamısı formadadırlar. Onlar arıq deyillər, formadadırlar. Rusiyadan yenicə gəlmişəm. Orda küçə ilə gedirsən, hamısı başdan ayağa fiquradırlar Çünki idman edirlər. İdman etməyənlər də piyada gəzirlər. Balıq tutmağa, meşəyə gedirlər, fiziki hərəkət edirlər. Amma bizimkilər maşından düşüb, maşına minirlər.

-Qadınlara verdiyim ənənvəi sual: idmançıyla ailə qurardınız?

-Mənim yoldaşım SSRi çempionu olub qaçış üzrə. Böyük oğlum Emil İsgəndərov 4 il "Qala" basketbol klubunun liderlərindən olub, 197 santimetr boyu var. Kiçik oğlum Cəmil İsgəndərov isə yüngül atletika ilə məşğul olub. Hətta Dünya çempionatında 124 iştirakçı arasında 15-ci olmuşdu. Hətta bu haqda kitab da çıxıb. Yoldaşım məndən 15 yaş böyük olsa da, elə bədəni var ki, cavan oğlanların bədəni elə deyil. İndi də idman edir, fiziki işlərlə məşğul olur ki, formada qalsın. Yoldaşımın pərəstişkarı olmuşam. Ümumiyyətlə, biz idmançı ailəsiyik. Belə şeylər nadir hallarda olur. Dördümüz də Azərbaycan çempionuyuq.

OXŞAR XƏBƏRLƏR