Hər şey Azərbaycanda həll olunur - Saakaşvili

Hər şey Azərbaycanda həll olunur - Saakaşvili
SİYASƏT
16:32 07.05.2013
2232
“Şişirtmədən demək olar ki, regionumuzun gələcək taleyi burada, Bakıda, Azərbaycanda həll olunur. Bu, təkcə Azərbaycanın deyil, həm də Gürcüstanın, Ukraynanın, Moldovanın, ümumiyyətlə postsovet ölkələrinin müstəqilliyidir. Avropanın təhlükəsizliyinin, dünyada azadlığın taleyi, hər şey bu regionda, Azərbaycanda həll olunur. Azərbaycanın stabilliyi və inkişafı bütün siyasi proseslərin sakit, dinc məcrada inkişafı göstərir ki, bizim son illər əldə etdiyimiz nailiyyətlər təkcə tarixdə qalmayacaq, həm də davam edəcək”. APA-nın məlumatına görə, bu fikirləri Bakıda keçirilən Cənubi Qafqaz Forumunda çıxışı zamanı Gürcüstan prezidenti Mixail Saakaşvili söyləyib.
OXŞAR XƏBƏRLƏR