"Ukrayna hökuməti hər şey edir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkəyə qaytarılsın".
AZXEBER.COM xəbər verir ki, bu barədə Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak deyib.
- Bu gün uzun illərdir tanıdığım Mixail Saakaşvilinin doğum günüdür... Mixail Ukrayna vətəndaşı olaraq qalır. Prezident (Vladimir Zelenski - red.) və onun komandası üçün bu, boş söz deyil-, Yermak Facebook-da yazıb.