“Hər şey Vətən üçün!” devizi altında gənclərlə onlayn görüş keçirildi - FOTOLAR

“Hər şey Vətən üçün!” devizi altında gənclərlə onlayn görüş keçirildi - FOTOLAR
SOSİAL
17:58 13.08.2020
613
12 avqust 2020-ci il tarixdə Binəqədi Rayon Gənclər və İdman İdarəsi və "LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatı, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin dəstəyi ilə "12 AVQUST Beynəlxalq Gənclər Günü”nə həsr edilmiş "Hər Şey Vətən Üçün!” devizi altında gənclərlə onlayn görüş keçirildi.

AZXEBER.COM xəbər verir ki, onlayn görüşdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin baş məsləhətçi İlqar Məcidli, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Türkiyə Cümhuriyyəti Yeditepe Üniversitesi "Güzel Sanatlar” Fakültəsinin rəsm bölümünün professoru Teymur Rzayev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Qaçqınlıq və miqrasiya üzrə Beynəlxalq işçi Nigar İbrahimova (Almaniya), Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin sədri Miraqil Seyidzadə, "LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Rəhimova, Rusiyanın Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistri, Rusiyanın Azərbaycanlıları icmasınn təmsilçisi İlahə Əkbərova (Rusiya), Ankara Dövlət Universitetinin Siyasal Bilimler Fakültəsinin tələbəsi Cəlal Həsənli, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, xaricdə təhsil alan tələbələr və fəal gənclər iştirak edib.

Tədbirdə vətənpərvərliklə bağlı çıxışlar edilmiş, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədi ilə görülmüş işlər haqqında ətraflı məlumatlar verilmiş və ölkənin ictimai-siyasi həyatında gənclərin qarşısında duran vəzifələr, gənclər arasında azərbaycançılıq məfkurəsinin təbliğ edilməsi, xalqımızın soy-kökünə, milli dəyərlərinə bağlı gənclərin yetişməsi ilə bağlı bir sıra çağırışlar edilib.

Çıxış edənlər gənc nəslin milli ruhda tərbiyə olunmasında təhsil müəssisələri ilə yanaşı, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının vacibliyini vurğulayıb və azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliğində bu cür layihələrin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Rayonun gənclər siyasəti, ictimai,sosial və mədəni həyatında fəal iştirak edən bir sıra fəal və könüllü gənclərə Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən "Təşəkkürnamə” təqdim olunub.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı