Hərbçilərimiz Qarabağda səngər qazan ermənilərin qarşısını aldı

Hərbçilərimiz Qarabağda səngər qazan ermənilərin qarşısını aldı
SİYASƏT
20:27 15.02.2022
683
Fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması tərəfimizdən müşahidə edilib.

AZXEBER.COM Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb.
OXŞAR XƏBƏRLƏR