Ermənistan Azərbaycana mina xəritələrini niyə vermir? - AÇIQLAMA

Ermənistan Azərbaycana mina xəritələrini niyə vermir? - AÇIQLAMA
SİYASƏT
17:47 25.09.2025
156
"44 günlük Vətən müharibəsində atəşkəs rejiminin əsas şərtlərindən biri əsirlikdə olan və itkin düşən 4 000 nəfərin azad edilməsi və minalanan ərazilərin xəritələrinin təhvil verilməsi idi”. 

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov bildirib. 

O deyib ki, mina xəritələrinin verilməməsinin iki əsas səbəbi var:

"Birincisi, Ermənistan müxalifətinə aid olan keçmiş Robert Köçəryan, Serj Sarkisyan və Ahanyanın iqtidar rejimində olarkən xəritələri verməməsidir. Həmçinin onlar sülhü uzadırdılar və gələcəkdə Azərbaycan torpaqlarına yenidən ərazi iddiaları qaldırmaq istəyirdilər”.

Ekspert vurğulayıb ki, ikinci əsas səbəb isə Ermənistan ordusunda nizam-intizamsızlıq,  komandirlər tərəfindən saxlanılan xəritələrin yandırılması olub:

"Bundan əlavə, ermənilər nəinki ərazilərin müdafiəsi üçün mina sahələri yaratmış, həm də dini məbədlərimizə, qəbiristanlıqlarımıza, məscidlərimizə və mülki evlərimizə qarşı mina terroru həyata keçirmişlər. Buna misal kimi "Kəşfiyyatçı Xanı” kimi tanınan Səyyaf Əhmədovun  mina sahəsindən keçərkən həyatını itirməsini göstərə bilərik”.

E.Hüseynov qeyd edib ki, mina sahələrinin ən problemli cəhətlərindən biri də xəritələrdə qeyd olunmayan sürpriz minaların olmasıdır:

"Bu minalar tapıldıqda siqnal vasitəsilə yeri müəyyən edilir. Lakin zəlzələsizləşdirmə zamanı minanın altında bir və ya bir neçə sürpriz mina yerləşdiyi üçün partlayışlar baş verə bilir.  Ona görə də minanın zərərsizləşdirilməsi mümkün olmur”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR