AZXEBER.COM xəbər verir ki, kursa ali təhsilli, müddətli həqiqi hərbi xidmət keçmiş, yaşı 35-dək olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları müraciət edə bilərlər. Sənəd qəbulu cari ilin 29 iyun - 13 iyul tarixlərində həyata keçiriləcək.
Namizədlər ilkin mərhələdə hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi üçün Müdafiə Nazirliyinin tibb müəssisələrinə göndərilirlər.
Tələb olunan ixtisaslar:
- Radioelektron mübarizə;
- Hava hücumundan müdafiə;
- Aviasiya;
- Meteoroloq;
- Rabitə.
Hərbi uçot ixtisaslarının ali təhsil ixtisaslarına uyğunluğu barədə ətraflı məlumatı mmu.edu.az saytının "Təhsil müəssisələrinə qəbul" bölməsindəki "Zabit hazırlığı kursu" hissəsindən əldə etmək mümkündür.
Tələb olunan sənədlər:
Namizədlər elektron sənəd qəbulu portalı vasitəsilə müraciət etməli, ərizə, anket forması, tərcümeyi-hal, təhsil sənədlərinin surətləri, şəxsiyyət vəsiqəsi, hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti və müvafiq dispanserlərdən (psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi) qeydiyyatda olub-olmaması barədə arayışları təqdim etməlidirlər.
Əlaqə məlumatları:
Telefon: (012) 404-18-45
Çağrı mərkəzi: *0811
Ünvan: Bakı şəhəri, Qızıl Şərq 13, AZ1065











































