İndoneziyada hərbi helikopter qəzaya uğrayıb.Hadisə İndoneziya adalarınından birində Kalimata cəngillikləri yaxınlığında baş verib. İlkin məlumatlara görə, Mi-17 hərbi helikopterinin hərbiçilərdən və işçilərdən ibarət 21 nəfərlik heyətindən 9-u yaralanıb. Yaralan heyət üzvləri ağır yanıq xəsarətləri alıb. Qəza helikopter eniş əməliyyatı edərkən baş verib və yanaraq yararsız hala düşüb. Məlumatlara görə, qəzanın baş vermə səbəbi mühərrikdə yaranan nasazlıqla əlaqəli olub.(ANSPRESS)