Bəs bu cür təhsil alan şəxslərə hərbi xidmət üçün verilən möhlət ləğv edilə bilərmi? Ümumiyyətlə, möhlət hansı hallarda ləğv olunur?
AZXEBER.COM xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, çağırışçının təhsilalmasını təsdiq edən arayış hər növbəti tədris ili üzrə yenilənməlidir:
"Müddətli həqiqi hərbi xidmətdən təhsilə görə möhlət yalnız əyani formada təhsil alan tələbələrə verilir. Xüsusən xarici ölkələrdə təhsil alan və ya müvafiq təhsil səviyyəsi üzrə təhsilini davam etdirən, bununla əlaqədar qeydiyyatda olduqları Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə təhsilalma barədə arayış təqdim edən çağırışçıların diqqətinə çatdırmaq istərdik ki, təhsilə görə möhlət üçün müraciət etdikdə həmin şəxs təhsil almasına dair sənədi çağırışa cəlb edildiyi ayadək (yanvar, aprel, iyul və oktyabr aylarının 1-dək) təqdim etməlidirlər.
Onu da qeyd edək ki, xaricdə təhsil alan çağırışçılara təhsil almasına görə verilən möhlət onların təhsil aldığı müddətdə qüvvədə olur, lakin bunun üçün çağırışçının təhsilalmasını təsdiq edən arayış hər növbəti tədris ili üzrə yenilənməlidir”.











































