xari

"Hərbi personalla bağlı qəbul edilən qərarlar onu göstərir ki, müəyyən problemlər üzə çıxıb"

SOSİAL
15:25 26.02.2021
291
"Türkiyə Ordusu dünya çapında ən güclü ordular sırasındadır. NATO-da güc baxımından ikinci ordudur. Azərbaycanda türk ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə əməli işlərə start verilib”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

"Müharibə dövründə biz yeni təcrübə topladıq. Çünki bizim Ordumuz indiyədək, demək olar ki, müharibələrdə iştirak etmirdi və sadəcə olaraq bu sahəyə nəzəri baxımdan yanaşırdı. Müharibə təcrübəsindən düzgün nəticələr çıxarmalıyıq. Böyük uğurlarımız olub, eyni zamanda müharibə dövründə müəyyən çatışmazlıqlar da olub. Bunu biz gizlətmirik. Müharibə dövründə Ali Baş Komandan kimi qəbul etdiyim qərarlar, o cümlədən hərbi personalla bağlı qəbul edilmiş qərarlar onu göstərir ki, müəyyən problemlər üzə çıxıb ki, biz onları həll etdik”, - dövlət başçısı bildirib.

Prezident Azərbaycan və Türkiyə arasında çox saylı hərbi razılaşmaların olduğuna da diqqət çəkib: "Türkiyə və Azərbaycan arasında çox geniş qanunvericilik bazası var. Bir çox sənədlər imzalanıb. Onların arasında elə sənədlər var ki, orada qarşılıqlı hərbi yardım məsələləri də təsbit edilib. Əlbəttə ki, Azərbaycana hər hansısa təhlükə, təhdid yaranarsa, biz tam əminik ki, bizə arxa göstərən qardaş Türkiyə olacaq”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

08:58 15.04.2021

ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılacağı tarix açıqlandı

08:41 15.04.2021

İraqın şimalında raket hücumunda türk əsgəri həlak olub

23:53 14.04.2021

Masazırda piyadanı vuraraq qaçan 21 yaşlı xanım sürücü yaxalandı - FOTO

23:38 14.04.2021

Britaniya demək olar ki, bütün hərbi qüvvələrini Əfqanıstandan çıxaracaq

23:24 14.04.2021

Əkrəm İmamoğlu: “Hazırda evimdə hər kəs koronavirusdur” - VİDEO

23:14 14.04.2021

Azərbaycanda icra başçısının keçmiş müavini vəfat edib

23:06 14.04.2021

"Münaqişənin hərbi-siyasi yolla nizamlanmasında təqsirkar, əlbəttə, işğalçı ölkədir"

22:47 14.04.2021

"Bizim münasibətlərimiz artıq zamanın sınağından çıxıb"

22:36 14.04.2021

Ramazan ayının ikinci gününün imsak və iftar vaxtları

22:29 14.04.2021

Belarusun dövlət başçısı: "Bu vaksini Azərbaycanla bölüşməyə hazırıq"

22:28 14.04.2021

"Azərbaycanlılardan kimlərinsə erməniləri təhqir etməsi barədə məlumatlar əsassızdır"

22:27 14.04.2021

Koronavirus keçirən xəstələrin 80 faizi... - Həkimdən şok açıqlama

22:25 14.04.2021

"Faşistlər Bakı neftinə ona görə can atırdılar ki, bizim ordumuzu bu neftdən ayırsınlar"

22:24 14.04.2021

Məhərrəm İncə xəstəxanaya yerləşdirildi

22:13 14.04.2021

Prezident: "Minsk şəhəri ilə bağlı bir format artıq keçmişdə qalıb"

22:12 14.04.2021

"Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər"