Hərbi qulluqçular və yaralılar arasında COVID-19-a yoluxma yoxdur - Müdafiə Nazirliyi

Hərbi qulluqçular və yaralılar arasında COVID-19-a yoluxma yoxdur - Müdafiə Nazirliyi
SİYASƏT
18:33 17.12.2020
1226
Müharibə dövründə və hazırda hərbi qulluqçular arasında COVİD-19 virusuna yoluxma halı qeydə alınmayıb.

AZXEBER.COM-un məlumatına görə, bunu Müdafiə NazirliyininTibb Xidməti Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov deyib.

O bildirib ki, bununla bağlı Müdafiə Nazirliyi, TƏBİB və Səhiyyə Nazirliyi arasında sıx əməkdaşlıq olub:

"Görülən tədbirlər nəticəsində müharibə zamanı və hazırda hərbi qulluqçular arasında COVID-19 infeksiyasına yoluxma faizi sıfıra bərabərdir. Hazırda yaralılar arasında da yoluxma halı qeydə alınmayıb. Müdafiə nazirliyinin tibbi personalı yaralılara 24 saat faziləsiz xidmət edir".
OXŞAR XƏBƏRLƏR