Hərbi xidmətə çağırılanlar koronavirus testindən keçirilir? - RƏSMİ

Hərbi xidmətə çağırılanlar koronavirus testindən keçirilir? - RƏSMİ
SOSİAL
15:10 02.07.2020
715
Prezident İlham Əliyevin iyunun 11-də imzaladığı "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" sərəncamın icrasına başlanılıb.

Azərbaycanda həqiqi hərbi xidmətə çağırılanlarla bağlı rəsmi prosedurlar necə yerinə yetirilir? Nəzərə alsaq ki, koronavirus pandemiyası geniş yayılıb, çağırışçılar koronavirus testindən keçirilir?

AZXEBER.COM Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə uyğun olaraq, müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar çağırışa hazırlıq dövründə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər:

"Respublikamızda koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması istiqamətində vətəndaşların sağlamlığının qorunmasına yönələn preventiv və təxirəsalınmaz tədbirlər çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırışın mütəşəkkil keçirilməsi və mümkün risklərin minimallaşdırılması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən zəruri addımlar atılıb.

Çağırışçıların rayon (şəhər) çağırış komissiyalarının tərkibində fəaliyyət göstərən hərbi həkim komissiyalarında müayinələri COVID-19 pandemiyası dövründə tətbiq olunan və bu qaydalara dair Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən hazırlanmış müvafiq təlimatların tələbləri çərçivəsində həyata keçirilir.

Xidmətin struktur binasına daxil olduqda hər bir çağırışçı qoruyucu tibbi ləvazimatlarla təmin edilir, dezinfeksiyaedici məhlulların istifadəsinə, tibbi müayinələr və çağırışçıların öyrənilməsi zamanı lazımi fiziki məsafənin saxlanılmasına ciddi riayət olunur, eləcə də, həkim mütəxəssislərin və əməkdaşlarımızın tibbi maska və əlcək geyinmələrinə nəzarət edilir.

Bununla yanaşı, bütün çağırışçıların hərarəti ölçülür, sağlamlıq vəziyyətində koronavirus infeksiyasına (COVID-19) xas olan oxşar simptomlar aşkar edilən çağırışçılar təcili olaraq təcrid edilir və aidiyyəti üzrə məlumatın verilməsi təmin edilir.

Eyni zamanda, çağırışçıların öyrənilməsi prosesində TƏBİB tərəfindən hazırlanmış müvafiq təlimatın tələblərinə uyğun olaraq, çağırışçıların koronavirus infeksiyasına yoluxmuş şəxslə təmasda olması, müvafiq simptomlarla bağlı narahatlıqlarının olub-olmaması ətraflı şəkildə öyrənilir.

Müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yerlərinə təyin edilmiş çağırışçılar Nazirlər Kabineti yanında operativ qərargahın bütün tapşırıq və tövsiyələrinə, TƏBİB-in müvafiq təlimatlarına ciddi riayət edilərək xidmət yerlərinə təhvil verilirlər.

TƏBİB tərəfindən hazırlanmış COVID-19 pandemiyası dövründə vətəndaşların növbəti müddətli həqiqi hərbi xidmətə çağırışı zamanı müayinə işinin təşkilinə dair müvəqqəti rəhbərliyin tələblərinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə göndərilən vətəndaşlardan hərbi hissələrdə qəbulun birinci günündə burun-udlaq nahiyəsindən nümunələrin götürülməsi və TƏBİB tərəfindən koordinasiya edilən laboratoriyalara göndərilməsi, o cümlədən, qəbul olunan heyətin ayrı və yaxud təcrid olunmuş binada 14 gün müddətində karantin rejimində izolyasiya edilməsi və test cavablarının nəticələrinə uyğun olaraq, şübhəlilərin müvafiq qaydada mobilizasiyası həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
13:55 22.07.2026
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan