Hərbi xidmətə gedənlər üçün vacib - AÇIQLAMA

Hərbi xidmətə gedənlər üçün vacib - AÇIQLAMA
SOSİAL
11:50 24.02.2026
471
Xəbər verdiyimiz kimi, Azərbaycanda bir sıra hərbçilərin həqiqi hərbi xidmət dövrünün başlanğıcı sayılacaq günlərlə bağlı dəyişiklik edilir.
Bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə dəyişiklik təklif edilir. Qanun layihəsi parlamentin Gənclər və idman komitəsinin bugünkü iclasında müzakirə olunub. Qeyd edilib ki, çağırışçılar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün həqiqi hərbi xidmətin başlanğıcı sayılacaq.

Milli Məclisin deputatı Müşfiq Cəfərov AZXEBER.COM-a açıqlamasında deyib ki, bu qərar hərbi xidmətin hesablanması qaydalarındakı dəqiqləşdirmələrdən irəli gəlir:

"Hazırda qüvvədə olan qanuna əsasən, bu, hərbi hissəyə göndərilmək üçün onların hərbi komissarlığa gəldikləri gündən sayılırdı. Hərbi xidmətin başlanğıc gününün dəyişməsi əsasən hərbi xidmətin hesablanması qaydalarındakı dəqiqləşdirmələrdən irəli gəlir.
Yeni qanun layihəsinə görə artıq çağırışçının hərbi xidmət müddəti hərbi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş toplanış məntəqəsinə gəldiyi gündən başlayacaq. Bu, isə hərbi hissəyə çatana qədər keçən bir neçə günlük yol və ya gözləmə müddətinin də xidmətə daxil edilməsi deməkdir”.

Deputat deyib ki, yeni qərar hərbi xidmət müddətinin daha ədalətli hesablanmasını təmin edəcək:

 "Bu qanun lahiyəsində edilən dəyişikliklər hərbi xidmət müddətinin daha dəqiq və ədalətli hesablanmasını təmin etmək məqsədi daşıyır. Hərbi xidmətin başlanğıc gününün dəyişməsi çağırışçıların lehinədir”. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR