Aparıcı Zemfira Adıgözəlova tədbirlərin birində fotokamera qarşısına keçib.
AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, aparıcı efirlərə çıxmamasının səbəbini açıqlayıb. O, bildirib ki, uzun müddətdir müalicə alır:
"Səhhətimdə problem var idi. başım ona qarışmışdı, müalicə aldım. Artıq hər şey yaxşıdır. Həm də böyük tədbirlərin, açılışların təşkilatçılığını edirəm. Ona görə də efirə can atmıram".
Zemfira bildirib ki, uzun müddət efirə çıxmağı düşünmür:
"Düzdür, hərdən darıxıram. Amma efirə can atmıram. Əgər belə həvəsim olsaydı, çoxdan çıxardım. Heç efirdən küsməmişəm də. Kinli insan deyiləm. Sadəcə, efirlərə çıxmaq istəmirəm".