“Hərə evindən bir “şunur” sallayır” - Yanğının detalları-Video

“Hərə evindən bir “şunur” sallayır” - Yanğının detalları-Video
SOSİAL
21:35 17.03.2026
148
Xəbər verdiyimiz kimi, Xətai rayonu, Xocalı prospekti 29-da yerləşən çoxmərtəbəli yaşayış binalarından birində yanğın baş verib.

AZXEBER.COM xəbər verir ki, bina sakinləri hadisə ilə bağlı danışıblar.

Həmin sakinlər arasında məşhur aktyor İlkin Həsəninin xanımı Aysel Həsəni də var.

"Hərə evindən bir "şunur” sallandırıb maşınını elektrik cərəyanına qoşur. Bilirsiniz ki, bu cərəyanlar onun üçün nəzərdə tutulmayıb. Bütün elektrik xətləri də gücə düşür. Bu da nəticəsidir”, - A.Həsəni qeyd edib.

Yanğın baş verən binanın aid olduğu Mənzil-tikinti kooperativinin sədri bildirib ki, binada elektriklə bağlı heç bir problem olmayıb.

Daha ətraflı "APA TV”nin süjetində:

OXŞAR XƏBƏRLƏR