Hərrac “qara bazar”ı da vurdu

Hərrac “qara bazar”ı da vurdu
SOSİAL
10:25 05.04.2017
1298
Valyuta hərracından sonra aprelin 5-də banklarla yanaşı, "qara bazar”da da dollar xeyli ucuzlaşıb.

Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, bu gün səhər saatlarında dolların alışı 1.7100 manatdan 1.6800 manata, satışı isə 1.7250 manatdan 1.7000 manata  kimi düşüb. Bu isə manatın 1,4-1,7% bahalaşması deməkdir.

Qeyd edək ki, "qara bazarda” bu məzənnə sonuncu dəfə Novruz Bayramından əvvəl  qeydə alınmışdı.

Hazırda banklarda isə dolların alış-satışı 1.68-1.74 manat arasında dəyişir.
OXŞAR XƏBƏRLƏR