Hesablama Palatası dövlət büdcəsindən Diasporla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı yoxlama aparıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Hesablama Palatasının Kollegiya iclasında bildirilib.Eyni zamanda, Palata Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondundan Xızı Rayon İcra Hakimiyyətinə, Ağstafa və Astara rayonları üzrə dövlət torpaq fondunun (o cümlədən dövlət mülkiyyətində olan torpaqların) bölgüsü, istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamların uyğunluğuna dair audit aparıb.İclasda bu qurumlarda aparılan auditin nəticələri üzrə hesabat və rəylər müzakirə olunaraq təsdiq edilib və nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisinə məlumatların təqdim edilməsi qərara alınıb.Kollegiya iclasında, həmçinin, Abşeron Rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya xəstəxanasına ayrılan dövlət büdcəsi vəsaitlərinin proqnozlaşdırılması və icrasına, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə ayrılan dövlət büdcəsi vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair yoxlama aparılacağı qeyd olunub.Habelə “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına alınan aktivlərin struktur bölmələri (Şəki regional logistik bazası və Şəki rayon aqroservis filialı) tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmalara dair audit proqramları da təsdiq olunub.