Hesablama Palatasına yeni auditor təyin edildi

Hesablama Palatasına yeni auditor təyin edildi
SOSİAL
13:22 22.10.2019
5005
Hafiz Mahir oğlu İsmayılbəyli Azərbaycan Hesablama Palatasının auditoru təyin edilib.

AZXEBER.COM-un məlumatına görə, bu gün bu məsələ Milli Məclisin plenar iclasında müzakirə olunub. 

Onun namizədliyi millət vəkillərinin səs verməsinə çıxarılıb və qəbul edilib.

Bu təyinatadək Hesablama Palatasının 5 auditoru var idi. Onlar Cəfər Həsənov, Vaqif Həsənov, Firsənd Qurbanov, Mehriban Əlişanova və Fazil İbrahimovdur.
OXŞAR XƏBƏRLƏR