Bu gün Milli Məclisin plenar iclasında Hesablama Palatasına yeni sədr seçilib.
AZXEBER.COM xəbər verir ki, bu vəzifəyə bundan əvvəl Hesablama Palatasının İnvestisiyalara nəzarət şöbəsinin müdiri olanVüqar Tapdıq oğlu Gülməmmədov təklif edilib və millət vəkilləri tərəfindən dəstəklənib.
Onun namizədliyinin lehinə 101 millət vəkili səs verib.
Qeyd edək ki, V.Gülməmmədov 1971-ci ildə Bakı şəhərində anadan olub. İxtisasca iqtisadçıdır.