Hesablama Palatasının Cahangir Əsgərov sirri - Nəticələr niyə gizlədilir?

Hesablama Palatasının Cahangir Əsgərov sirri - Nəticələr niyə gizlədilir?
SOSİAL
13:41 06.06.2016
1628
Xəbər verildiyi kimi, bu günlərdə "Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin borclarının kəskin artdığı açıqlandı. Hesablama Palatasının Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində qeyd olunduğuna görə, ötən il ərzində şirkət üzrə dövlət büdcəsinə olan borcun həcmi 11 milyon 312,1 min manat və ya 243 dəfə artaraq 11 milyon 358, 7 min manat təşkil edib.
Bəs görəsən AZAL-ın borclarındakı kəskin artımın sirri nədir? Ekspertlər burada adıçəkilən QSC-nin qeyri-şəffaf fəaliyyətinə diqqət çəkir və qurumun hesabatlılığının az qla olmamasından gileylənirlər. Daha maraqlı olan isə hətta Hesablama Palatasinin özünün də AZAL-dakı auditlərinin nəticələrinin ictimaiyyətə açıqlanmamasıdır.
"Hesablama Palatası ötən il 81 təşkilatda, o cümlədən "Azərbaycan Hava Yolları" QSC-də audit keçirib. Cahangir Əsgərovun rəhbəri olduğu qurumda yoxlama Vergilər Nazirliyi ilə birgə aparılıb. Amma maraqlıdır ki, həmin auditin nəticələri barədə mətbuata və ictimaiyyətə heç bir açıqlama verilməyib. Baxmayaraq ki, bir çox digər dövlət qurumlarındakı auditlərin sonucları, ortaya çxan nöqsanlar, qanunsuzluq halları barədə icmal KİV-ə təqdim edilir” - bunu adının çəkilməsini istəməyən etibarlı mənbə Qaynarinfo.az-ın əməkdaşına bildirib.
Qaynağın bildirdiyinə görə, bu kifayət qədər müəmmalı nüansdır: "AZAL-ın gəlirləri və xərcləri üzərinə faktiki olaraq sirr pərdəsi çəkilib. Bu QSC maliyyə hesabatlarını gizlədir. Hesabalama Palatasının qurumda apardığı yoxlamaların nəticələri də həmçinin. Belə qeyri-şəffaf mühitdə AZAL-ın borclarının kəskin artmasına təəccüblənməmək lazımdır. Qeyri-şəffaflıq korrupsiya mühitinin ilk şərtidir. Korrupsiya mühitində isə sözügedən QSC-nin ilbəil borclanmasında qeyri-adi heç nə yoxdur”. Beləliklə, konkretləşdirilmiş sual: Hesablama Palatası Cahangir Əsgərovun rəhbərlik etdiyi qurumda apardığı auditin nəticələrini niyə gizlədir? Bu konkret suala konkret cavabı yəqin ki, Palatanın özündən və AZAL-dan başqa heç yerdə verə bilməzlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: Xankəndinin Qafqazın yeni inkişaf və barış mərkəzi olacağına inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndinin Qafqazın yeni inkişaf və barış mərkəzi olacağına inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
13:50 04.07.2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
13:46 04.07.2025
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
13:43 04.07.2025
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
13:35 04.07.2025
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
13:30 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
13:25 04.07.2025
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb