Həsən bəy Zərdabi həftəsinə start verilir

Həsən bəy Zərdabi həftəsinə start verilir
SOSİAL
12:33 28.06.2020
1421
28 iyun Həsən Bəy Zərdabinin doğum günü münasibəti ilə "İrsə Sevgi və Hörmətlə” şüarlı "28 İyun – 5 İyul tarixində Həsən Bəy Zərdabi  Həftəsi”nə start verilib.

Bu haqda AZXEBER.COM-a Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu Rəhbəri Seymur Bayramov məlumat verib. 

Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu, Avrasiya Ekonomik İlişkiler Derneği (Türkiyə), AZXEBER.COM İnformasiya Agentliyi, Odlar Yurdu Gənclər Təşkilatı Press.az, Diasporpress İnformasiya Mərkəzi, Zerdab.com, Azərbaycan Maarifçilər Assosiasiyası, Qanunlaaz,  Milli QHT Forumunun birgə təşəbbüsü ilə "İrsə Sevgi və Hörmətlə” şüarlı "28 İyun – 5 İyul tarixində Həsən Bəy Zərdabi  Həftəsi” çərçivəsində Həsən Bəy Zərdabinin həyat və yaradıcılığının təbliği istiqamətində online beynəlxalq və yerli video konfransların təşkili nəzərdə tutulur. 

Azərbaycan və Türkiyədə fəaliyyət göstərən gənclər təşkilatları, media qurumları və dispora təşkilatlarının iştirakı ilə keçiriləcək video konfranslar zamanı Həsən Bəy Zərdabinin milli mətbuatımızın banisi, görkəmli ziyalı, nasir və ictimai xadim kimi xidmətləri, dövlətimiz tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması, irsimizin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi istiqamətində görülən təqdirəlayiq layihələr və işlər müzakirə olunacaq.
OXŞAR XƏBƏRLƏR