BNA aşan krana görə sürücülərə müraicət etdi - Azadlıq prospektinə giriş bağlandı

BNA aşan krana görə sürücülərə müraicət etdi -  Azadlıq prospektinə giriş bağlandı
SOSİAL
15:07 04.09.2020
648
Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində kranın aşması ilə əlaqədar Həsən Əliyev küçəsindən Azadlıq prospektinə giriş (şəhər istiqamətində) bağlanıb.

AZXEBER.COM xəbər verir ki, barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib. 

Onun sözlərinə görə, hazırda avtomobillər eləcə də, müntəzəm və ekspres xətlər üzrə avtobuslar alternativ yollardan keçməklə hərəkət edirlər: "Sürücülərdən zərurət olmadığı halda bu istiqamətdə hərəkətdən çəkinmələrini xahiş edirik".
OXŞAR XƏBƏRLƏR