Həsən Ruhani Azərbaycana gəlir

SİYASƏT
11:26 31.10.2014
1110
Səfərin nə vaxt baş tutacağı açıqlandı.
Doktor Həsən Ruhani cari ayın sonuna qədər Azərbaycana səfər edəcək.
AZXEBER.COM SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Bakıdakı səfiri Mohsen Pak-Ayin deyib.
O, İranın Ərdəbil əyalətinin Biləsuvar şəhərində keçirilən mərasimlərin birində çıxışında İran prezidentinin cari ayın sonuna qədər Bakıya səfər edəcəyini deyib.
İran səfiri Azərbaycan Prezidenti İlham Əliyevlə Həsən Ruhaninin Daos və Tehrandakı görüşlərinə də toxunaraq bunu yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu görüşlər iqtisadi mübadilələrin artmasında və əlaqələrin genişləndirilməsinə səbəb olub.
OXŞAR XƏBƏRLƏR