Həsən Ruhani Azərbaycana səfər edəcək

SİYASƏT
16:12 21.10.2019
4809
İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcəklər.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib.

O qeyd edib ki, İran Prezidenti və Xarici İşlər naziri Azərbaycanda rəsmilərlə görüşəcək və Qoşulmama Hərəkatının iclasında iştirak edəcəklər.

Xatırladaq ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək.
 
///apa

OXŞAR XƏBƏRLƏR