Həsən Ruhani İlham Əliyevi İrana dəvət etdi

SİYASƏT
12:53 26.02.2014
1323

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin prezidenti İlham Əliyevlə görüşüb

İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevi İrana səfər etməyə dəvət edib.
İran İslam Respublikasının Azərbaycandakı səfiriliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə , prezidentin dəvətini İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin ötən gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı səsləndirib.
Azərbaycan prezidenti İ. Əliyev H. Ruhaninin dəvətini müsbət qarşılayıb.

OXŞAR XƏBƏRLƏR