Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Həsən Şirinovun təqaüdə göndərilməsi ilə bağlı yayılan xəbərlərə DİN münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov report-a açıqlamasında qeyd edib ki, o, təqaüdə göndərilməyib:
"Həsən Şirinov rəis müavinidir və fəaliyyətini davam etdirir".