Həştərxan vilayətinin nümayəndə heyəti Abşeron rayonunda səfərdə olub - FOTOLAR

Həştərxan vilayətinin nümayəndə heyəti Abşeron rayonunda səfərdə olub - FOTOLAR
SOSİAL
14:43 09.12.2022
147
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin və onun rəhbərlik etdiyi nümayəndə heyəti 6-8 dekabr tarixlərdə Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşlar. Nümayəndə heyəti səfər çərçivəsində Abşeron rayonunda da olmuş, Abşeron Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. 

Görüşdən əvvəl nümayəndə heyəti Fəxri Xiyabanda  Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə tər güllər düzmüşlər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə tər çiçəklər qoyulmuşdur. Dünya şöhrətli müğənni, xalq artisti Müslüm Maqomayevin də xatirəsi anılaraq abidəsi önünə çiçəklər düzülmüşdür. Daha sonra iştirakçılar Bakı şəhərindəki İkinci Dünya  Müharibəsində həlak olanların xatirəsinə ucaldılan "Qardaşlıq məzarlığlı” əbədi xatirə kompleksini ziyarət etmiş və xatirələrini ehtiramla yad etmişlər.
RİH-nin binasında baş tutan işgüzar görüşdə Abdin Fərzəliyev qonaqları Xırdalan şəhərində növbəti dəfə salamlamaqdan məmnunluğunu ifadə edərək Abşeron rayonu ilə Həştərxan vilayəti arasında sıx əməkdaşlığın olduğunu bildirmişdir. Abdin Fərzəliyev Abşeron rayonu haqqında ətraflı məlumat vermiş, rayonun kənd təsərrüfatı, iqtisadi və sənaye, o cümlədən turizm potensialından danışmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasət nəticəsində bütün respublikada olduğu kimi Abşeron rayonunda da sənaye və kənd təsərrüfatının dinamik inkişaf etdiyi, yeni iş yerlərinin açıldığı, yaşıl enerjiyə xüsusi diqqət yetirildiyi qeyd edilmişdir.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli” elan edildiyini bildirən Abdin Fərzəliyev Həştərxan şəhərində də Ulu öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş bir sıra tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirmiş, Ümummilli liderin əziz xatirəsinə göstərilən ehtiram və diqqətə görə minnətdarlığını bildirmişdir. 

Yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən qubernator İqor Babuşkin Abşeron rayonu ilə Həştərxan vilayəti arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulamış, iqtisadi əlaqələrin ildən ilə artdığını, onun daha da inkişaf etdirilməsi istiqamətində yeni imkanların mövcudluğunu vurğulamışdır. İqor Babuşkin həmçinin 12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Ulu Öndərin adını daşıyan parkda abidəsinin ziyarət ediləcəyi, o cümlədən Ümummilli lider Heydər Əliyev adına orta məktəbdə və Azərbaycan İş Mərkəzində anım tədbirlərinin keçiriləcəyini bildirmişdir.

Sonra Xırdalan şəhərindəki Abşeron Mədəniyyət Evində Həştərxan vilatyətinin tanınmış incəsənət nümayəndələri tərəfindən konsert verilmişdir.  
Bundan əlavə Həştərxan İş Mərkəzində Həştərxan vilayətində və Abşeron rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı sahəsi üzrə sahibkarlıq subyektlərinin iştirakı ilə "Həştərxan vilayəti-Abşeron rayonu: yeni əməkdaşlıq imkanları” mövzusunda aqrosənaye konfransı keçirilmişdir.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
13:07 13.03.2026
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” -  Deputatdan təklif
12:51 13.03.2026
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” - Deputatdan təklif
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
12:38 13.03.2026
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır
12:33 13.03.2026
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır
Baş nazir quru sərhədlərinin bağlı olmasından danışdı
12:21 13.03.2026
Baş nazir quru sərhədlərinin bağlı olmasından danışdı
Miri Yusifdən kino kimi klip - Real hadisələri canlandırdı
12:15 13.03.2026
Miri Yusifdən kino kimi klip - Real hadisələri canlandırdı