"9 bal gücündə zəlzələ də tikdiyimiz evləri dağıda bilməz"

"9 bal gücündə zəlzələ də tikdiyimiz evləri dağıda bilməz"
DÜNYA
10:59 30.05.2024
150
Türkiyənin Ekologiya və Şəhərsalma naziri Mehmet Özhaseki Türkiyədə yeni tikilən binaları ziyarət edib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Ekologiya və Şəhərsalma naziri Mehmet Özhaseki TOKİ iqamətgahları ilə bağlı açıqlama verib.

Zəlzələ bölgələrindəki evlərin poladdan olduğunu vurğulayan nazir Özhaseki deyib:

"Evlərimizi poladdan tikirik. Təxminən 4-5 ton polad gedir. Hətta 9 bal gücündə zəlzələ baş versə və ya qırılma xətti keçsə belə, həmin polad konstruksiyanın çökməsi mümkün deyil. Onların arasında qaya yundan istifadə edirik. İçəridə və xaricdə beton istifadə edirik. Möhtəşəm evlər tikirik. Qısa müddətdə bu evləri bitirəcəyik”.

Gülay
OXŞAR XƏBƏRLƏR