"Hətta narkoman avtobus sürücü aşkar olunub" - Nəqliyyat Nazirliyi

"Hətta narkoman avtobus sürücü aşkar olunub" -  Nəqliyyat Nazirliyi
Bütün Xəbərlər
12:59 25.11.2013
1348
Son vaxtlar Azərbaycanda avtobusların iştirakı ilə yol-nəqliyyat hadisələrinin artması ilə əlaqədar xəttində ölüm və ya xəsarət baş verən sahibkarlardan həmin reys geri alınaraq, digərinə veriləcək.Bu barədə APA-ya məlumat verən Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənovbildirib ki, bununla bağlı nəqliyyat naziri Ziya Məmmədovxüsusi tapşırıq verib: "Keçən il 124 saylı avtobusla baş verən qəza ilə əlaqədar geniş müşavirə keçirilib. Bu sahədə böyük pərakəndəliyin olduğu aşkar edilib və müvafiq tədbirlər görülüb. Bu tədbirlər indi də davam etdirilir, hazırda avtobus marşrutlarının sayı 310-dan 172-yə endirilib. Lakin qəzalar yenə də baş verir".Onun sözlərinə görə, problemlə bağlı Nazirliyin müvafiq strukturlarına noyabrın sonuna qədər gündəlik monitorinqlərin aparılması tapşırılıb."Bu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, 217 sürücüdə "D" kateqoriyası, 131 sürücüdə isə, ümumiyyətlə, sürücülük vəsiqəsi olmayıb. Nəqliyyat Nazirliyi və Dövlət Yol Polisi birgə monitorinqlər aparır. Apardığımız reydlər nəticəsində hətta narkoman sürücü belə aşkar olunub. Vəziyyətin bu həddə gəlib çıxmasına səbəb olan sahibkarlarla müqaviləmizə xitam vermək hüququmuz var və biz bu hüququmuzdan istifadə edirik. Amma eyni zamanda, vətəndaşların da məsuliyyətli olmasını istəyirik. Bu cür sürücülərə görə sahibkarlar özləri məsuliyyət daşıyacaqlar", - deyə N.Həsənov bildirib.
OXŞAR XƏBƏRLƏR