Orta məktəblərdə tədris olunan "Həyat bilgisi" fənninin dərsliyində ciddi səhvə yol verilib.
AZXEBER.COM-un məlumatına görə, 2-ci sinif şagirdləri üçün nəzərdə tutulan kitabda yol nəqliyyat hadisəsinə həsr olunmuş mövzuda yanlışlıq olub.
Belə ki, kitabın müəllifləri dərslikdə yolu keçərkən 2 dəfə sağa baxmağı məsləhət görürlər.
Məlumatı portalımıza verən valideyn deyib ki, övladına bu səhvi başa salıb: "Çox savadsız kitab yazıblar. Keçən dəfə mən bu səhvi gördüm, övladıma başa saldınmm ki, burada çap səhvi var, sən onlara inanma. Yoldan keçərkən diqqətli ol. Sən 2 xəttli yolda maşınların hansı təfərdən gəlməsinə bax və o səmtə bax"
Qeyd edək ki, bu səhv haqda "Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu da məlumat verib.
Həmin fotonı təqdim edirik:
