Həyat yoldaşı: "Bəhram Bağırzadə hələ danışa bilmir"

Həyat yoldaşı: "Bəhram Bağırzadə hələ danışa bilmir"
SOSİAL
11:40 09.07.2020
2272
"Bəhram Bağırzadənin vəziyyəti əvvəlki günlərə baxanda daha yaxşıdır, lakin hələ də aparata qoşuludur".
 
Bunu APA-ya açıqlamasında Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib. Ş. Bağırzadə bildirib ki, aktyorun huşu üstündədir, dünən həkimlərin köməyi ilə bir qədər oturub: "Lakin hələ də aparata qoşulu olduğu üçün danışa bilmir".
 
O, B.Bağırzadənin nə zaman renimasiyadan palataya köçürüləcəyini bilmədiyini vurğulayıb: "Bu barədə həkimlər heç bir proqnoz vermirlər. Sadəcə gözləmək lazımdır. Əsas odur ki, Bəhramın səhhətində irəliləyiş var, yaxşıdır, inşallah, daha da yaxşı olacağını gözləyirik".
OXŞAR XƏBƏRLƏR