Kübra A. adlı şəxs həyat yoldaşı Cüneyt A. ilə mübahisə etdikdən sonra evi tərk edib, atasının evinə gedib və qayıdarkən ərinin evi yandırdığını görüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Aksaray bölgəsində yerli saatla 01:30-da baş verib.
Belə ki, Kübra geri qayıtdıqdan sonra Cüneyt A. qapını açmayıb və pərdələri yandırıb.
Sürətlə yayılan alov otağı bürüyüb.
Ətrafdakılar polisə və yanğınsöndürənlərə xəbər veriblər. Evi tüstü bürüyərkən Cüneyt A. çölə çıxıb.
Yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə alov söndürülüb.
Oksana