Əri tərəfindən öldürülən müğənninin - QƏTLİNİN TƏFƏRRÜATLARI

Əri tərəfindən öldürülən müğənninin - QƏTLİNİN TƏFƏRRÜATLARI
DÜNYA
12:18 20.06.2024
164
Məşhur çex musiqiçisi və komediya ustası Viktoriya Vera Bliyt Ankaradakı villasında əri David Bliyt tərəfindən öldürülüb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, qətlin təfərrüatları məlum olub. 

Çexiya mətbuatına danışan Viktoriyanın dostları onun bu yayı ərindən boşanmağı planlaşdırdığını bildiriblər.

Hadisədən sonra David Tomas Bliyt intihar edib. Qətl zamanı cütlüyün evdə 3 övladının olduğu bildirilib. 

Belə ki, bir gün əvvəl yaşadıqları villada Victoria Vera Bliytin telefonuna gələn mesajlara baxıb.
 
İddiaya görə, münaqişə elə bu səbəbdən başlayıb və sürətlə böyüyüb. Bliyt həyat yoldaşına silahlı hücum edib.

Hadisədən sonra, cütlüyün ən böyüyü 14 yaşında olan 3 övladı qohumlara təhvil verilib.

Tomas işi üçün Türkiyədə yaşayıb. Qadın isə sonradan həyat yoldaşının yanına gedib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR