“Həyat yoldaşım deyir ki, aktrisalığına ehtiyac yoxdur”

“Həyat yoldaşım deyir ki, aktrisalığına ehtiyac yoxdur”
MAQAZİN
02:30 23.01.2016
2181
Müğənni Sevda Sanaliyeva aktrisalıq istedadından danışıb.
AZXEBER.COM xəbər verir ki, o filmlərdə aktrisa kimi çəkilməməyinin səbəbləri haqda milli.az-a danışıb.
"İncəsənət Gimnaziyasının aktyor və rejissor fakültəsini bitirsəm də, aktrisa olmağı düşünməmişəm. Rejissorlardan təklif gəlib, sonuncu təklif Şahin Zəkizadədən idi. Filmində mən çəkilməli idim, amma o vaxtı nişanlı idim deyə, nişanlım icazə vermədi. Ondan sonra da özümə söz verdim ki, aktrisalıq etməyəcəyəm. Yoldaşım buna icazə vermir. O, mənə deyir ki, müğənniliyini qəbul edirəm, aktrisalığına ehtiyac yoxdur. Həm də düşünmürəm ki, bizdə filmlər o qədər inkişaf edib ki, mən buna can atım", - müğənni bildirib.
OXŞAR XƏBƏRLƏR