''Həyat yoldaşım məndən iki yaş balacadır'' - MÜSAHİBƏ

MAQAZİN
13:19 30.07.2014
4131

Azərbaycanlı müğənni Günel Məhərrəmovanın azxeber.com müsahibəsini təqdim edirik.

- Nə vaxt ailə həyatı qurmusunuz?

- 2010-cu ildə.

-İndi övladınızın neçə yaşı var? Adı nədir?

- Üç yaşı var. Adı Əlidir.

- Adını özünüz qoymusunuz?

- Həm həyat yoldaşımın atasının adıdır,həm də ki,özümün çox sevdiyim addır,İmamızın adıdır,gözəl addır.

- Həyat yoldaşınızla aranızda neçə yaş fərq var?

- İkiyaşfərqimiz var. O məndəniki yaş balacadır.

- Hansı Günel Məhərrəmova bir pillə öndədir? Ana Günel Məhərrəmova yoxsa müğənni?

- Ana. Amma həmçinin mən sənətimi də çox sevirəm.

- Həyat yoldaşınız sənətinizdə sizə dəstək olur?

- Yox,dəstək olmur.Ondan olsamənoxumaram (gülür).

- Deməli qısqancdır?!

- Çox qısqancdır. Hədindən artıq!

- Müsahibə zamanı Günel Məhərrəmovanı hansı sual qıcıqlandırır?

- “Sənətə gəlməyini kimə borclusan?” sualından xoşum gəlmir.

- Həmin sualı versəm cavablandırarsınız?

- Yox (gülür).

- Bəs hansı sualın sizə verilməsini istərdiniz?

- Ümumiyyətlə gözəl,mənalı suallar.

- Neçə albomunuz var?

- Hələ ki,bir albomum var,amma nəzərdə tuturam ki,sentyabr-oktyabr aylarında qəşəng albom çıxardım.

- Albomun adını fikirləşmisiniz?

- Yəqin ki,alboma daxil olan 12 mahnıdan birinin adı olacaq,hələ ki,seçim etməmişəm.

- Sənətinizi sona qədər davam etdirməyi düşünürsünüz?

- Allah izin versə,əlbəttə ki. Nə qədər ki,səsim var, canım sağdı davam etdirəcəyəm. Çünki şərəfli bir sənətdir, gözəl sənətdir.

- Suallarımızı səmimi olaraq cavablandırdığınız üçün təşəkkür edirəm.

- Mən də sizə uğurlar arzulayıram.

Aytən Kərimova

OXŞAR XƏBƏRLƏR