Boşanma prosesində olan həyat yoldaşı Hanife Dəmircini küçənin ortasında 21 bıçaq zərbəsi ilə öldürən Satı Mehmet Dəmirçiyə hökm açıqlanıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə müttəhim Dəmirçiyə heç bir azalma edilmədən ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilməsinə qərar verib.
Bakırköy 11-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə məhbus şübhəli Satı Mehmet Dəmirçi və zərərçəkmiş Hanife Dəmirçinin yaxınları iştirak edib.
İclasda tərəflərin vəkilləri də iştirak edib.
Oksana