Murat Doğru (55 yaş) adlı şəxs evdən çıxan həyat yoldaşı Ayşe Doğrunu (52 yaş) küçənin ortasında daşla vurub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Adana bölgəsində baş verib.
Başından aldığı zərbələrdən ağır yaralanan qadını xilas etmək mümkün olmayıb.
Murat Doğru ifadəsində həyat yoldaşı ilə anlaşa bilmədiklərinə görə bir müddət əvvəl ayrıldığını, ondan harada olduğunu soruşduğunu, ancaq həyat yoldaşının yalan danışdığını, yolda təsadüfən qarşılaşdıqları zaman mübahisə edib onu yerdən götürdüyü daşla vurduğunu bildirib.
Murat Doğru polis tərəfindən həbs edilib.
Qeyd edək ki, Ayşe və Muratın bu evlilikdən 2 övladları var.
Oksana