Keçən il Antalyada işlədiyi bazarda boşanma prosesində olan həyat yoldaşı Sümeyye Yavlakı ürəyindən bıçaqlayaraq öldürən Mehmet Yavlak saxlanıldığı işin ilk ifadəsində dəhşətli açıqlamalar verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə ötən il avqustun 21-də saat 18:30 radələrində, Yeni Emek məhəlləsi, Kəpəz rayonu, Şelale küçəsində yerləşən marketdə baş verib.
Boşanma prosesində olan və uzun müddətdir ciddi fikir ayrılıqları yaşadıqları bir uşaq anası Mehmet Yavlak ilə həyat yoldaşı Sümeyye Yavlak mübahisə edib.
Mehmet Yavlak axşam saatlarında həyat yoldaşının işlədiyi bazarın şöbəsinə gəlib. Yavlak bazara girərək bıçaqla arvadının arxasınca düşüb.
Bu sırada Sümeyye Yavlak özünü anbara bağlayıb. Lakin Mehmet Yavlak anbarın qapısını sındıraraq arvadının ürəyinə çoxsaylı bıçaq zərbələri vuraraq öldürüb.
Nəzarətə alınan Yavlak ifadəsində gecəni Mazı dağında kolluqda keçirdiyini, evə paltarını götürüb qaçmaq üçün gəldiyini, hadisə zamanı narkotikin təsiri altında olduğunu və heç nə xatırlamadığını bildirib:
"Böyük miqdarda narkotik qəbul etdiyim üçün ağlımı itirmişəm. Hadisənin baş verdiyi anı xatırlamıram”.
Ayşən