Həyat yoldaşını yandıran Erkan Emiroğlunun cəzası kəsilmədən 19 il müddətinə azadlıqdan məhrum edilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ordunun Fatsa rayonunda yanar material ataraq yandırdığı keçmiş həyat yoldaşını yandıran Erkan Emiroğlu adlı şəxslə bağlı qərar verilib.
Emiroğlu heç bir azalma olmadan 19 il müddətinə azadlıqdan məhrum edilib.
Yanvarın 12-də Fatsa rayonunun Dolunay rayonunda baş verən hadisədə Erkan Emiroğlu boşandığı 2 uşağının anası Elvan Sözkesenlə danışmaq üçün bir müddət evinin qarşısında gözləyib. Bu vaxt keçmiş qayınatasının gətirdiyi yemək torbalarını yuxarı mərtəbəyə aparan Sözkesen mənzilin qarşısında Emiroğlu ilə qarşılaşıb. Erkan Emiroğlu keçmiş həyat yoldaşının üzərinə yanar material tökərək yandırıb.
Hadisədən sonra saxlanılan Erkan Emiroğlu haqqındakı iddianamənin ardından Fatsa Ağır Cəza Məhkəməsində "Dəhşətli hisslə və ya işgəncə ilə öldürməyə cəhd", maddəsi ilə cinayət işi açılıb.
Aydın