Məşhur aktyor Cim Kerri jurnalistə dediyi sözlərə görə sərt şəkildə qınanılıb.
AZXEBER.COM Milli.Az-a istinadla bildirir ki, Cim Kerri yeni animasiya filmi "Sonic the Hedgehog"la bağlı Britaniya jurnallarından birinə açıqlama verib.
Aktyor müxbir Charlotte Long-un "filmdə Sonik həyatda edəcəyi şeylərin siyahısını hazırlayır. Bəs sizin özünüzün belə bir siyahısı var? Bu həyatda etmədiyiniz nə qalıb?" sualına "Sadəcə sən. Qalan hər bir şeyi etmişəm", - deyə cavab verib.
Özünü itirən jurnalist gülərək mövzunu dəyişməyə çalışıb.
Aktyor bu cavabına görə sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib və sərt şəkildə qınanılıb.