Həyatını itirən pilotun son videosu üzə çıxıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Bursada təyyarə qəzasında həyatını itirən pilotun evlilik təklifi edərkən havada görüntüləri ortaya çıxıb.
Belə ki, Bursanın Yunuseli hava limanı yaxınlığında qəzaya uğrayan tək mühərrikli təlim təyyarəsində dünyasını dəyişən 27 yaşlı pilot Furkan Otkumun təyyarədə sevdiyi qıza evlilik təklifi etdiyi məlum olub.
Oktum Ərzurumda ingilis dili müəllimi işləyən 26 yaşlı sevgilisi Aslı Yüceyə səmada evlilik təklifi edib.
Otkum aldığı üzüyü sevgilisinə hədiyyə edib. Aslı Yüce "hə" dedikdən sonra gənc pilot ən böyük xoşbəxtliyini təyyarədə yaşayıb.
Məlum olub ki, Oktum və Yücenin Ramazan bayramından sonra nişanları olacaqmış.
Həmin görüntüləri təqdim edirik: