'Heydər Əliyev Azərbaycanın xarici siyasət kursunu sistemləşdirdi'

14:50 21.02.2013
938

Heydər Əliyev qarşısında duran vəzifələri həll etmək üçün yalnız siyasi-diplomatik üsula üstünlük verdi və ən çətin anlarda belə Heydər Əliyev danışıqlar, diplomatiya yolunu seçdi.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Ümummilli lider Heydər Əliyev-90” mövzusunda konfransda çıxışı zamanı deyib.O qeyd edib ki, bununla, Ümummilli Lider birincisi, cəmiyyətin müxtəlif dairələrinin maraqlarını nəzərə alaraq siyasi qarşıdurmanın kəskinləşməsinə imkan vermədi; ikincisi, xarici düşmənlərin bundan yararlanmaq şansını əldə etməsinin qarşısını kəsdi; üçüncüsü, Azərbaycanın siyasi səhnəsində diplomatik fəaliyyət mədəniyyətinin yerini möhkəmləndirdi; dördüncüsü, növbəti nəsil siyasətçilərə nümunə oldu.“Heydər Əliyev Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərini konkret geosiyasi və tarixi şəraitə uyğun müəyyənləşdirməyə başladı. O, uzaqgörən gedişlərlə faktiki olaraq Azərbaycanın xarici siyasət kursunu sistemləşdirdi, ona yeni məzmun verdi və zamanın tələbləri səviyyəsinə qaldırdı”.N.Məmmədov vurğulayıb ki, Heydər Əliyev bu mürəkkəb vəziyyətdə xarici siyasətin qarşısında duran vəzifələri və onun prioritetlərini dəqiq müəyyənləşdirdi. “Heydər Əliyevin siyasi-diplomatik peşəkarlığı ilə böyük rəhbər və insan kimi güclü iradəsi həlledici rol oynadı və o, beynəlxalq aləmdən Azərbaycanın suverenliyinə və müstəqilliyinə təminat alaraq iki istiqamətdə strateji dividend əldə etdi. Birincisi, Qərblə strateji əməkdaşlığa hazır olduğuna dünyanı inandırdı. İkincisi, bu strateji əməkdaşlığın imkanlarından yararlanaraq öz iqtisadiyyatının gələcək inkişafını təmin etmək imkanı qazandı”.Onun sözlərinə görə, sistemli surətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın xarici siyasətində yüksəliş başladı.“Qısa müddətdə Heydər Əliyev bu prosesin dönməzliyini təmin etdi. Nəticədə, Azərbaycanın xarici siyasəti XXI əsrə qlobal miqyasda baş verən geosiyasi proseslərə, regional vəziyyətə və dünyanın enerji təhlükəsizliyi sisteminin qurulması dinamikasına çevik reaksiya verən sistem kimi daxil oldu. Bu sistem daim özünü yeniləşdirir, meydana çıxan gözlənilməz situasiyalara konstruktiv reaksiya verir”

OXŞAR XƏBƏRLƏR