Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişindən tapança götürüldü

Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişindən tapança götürüldü
SOSİAL
10:21 19.11.2022
295
Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşdan əvvəl yoxlama zamanı sərnişinlərdən birindən "Makarov” tipli tapança götürülüb.

Bu barədə AZXEBER.COM-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Silah "Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib.

Hadisə sənədləşdirilib, sərnişin əlavə araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.
OXŞAR XƏBƏRLƏR