"Heydər Əliyev böyük adam idi ki, onu bağışladı" –Floranın səs yazısı

"Heydər Əliyev böyük adam idi ki, onu bağışladı" –Floranın səs yazısı
SOSİAL
11:17 27.08.2016
16195
Xalq artisti Flora Kərimova SSRİ Xalq artisti Zeynəb Xanlarova haqqında daha ağır ittihamlar səsləndirib. Big.az-a danışan Flora Kərimova bildirib ki, Zeynəb Xanlarovanı nə sənətkar, nə də siyasətçi kimi qəbul etmir:
"Saytdan zəng gəlmişdi, müsahibə istəyirdilər. Səhhətim yaxşı deyildi deyə, razı olmurdum. Sonra hörmətli bir şəxs zəng elədi, xahiş etdi deyə, mən də razılaşdım. Jurnalistləri gətirib, gəldi bizim bağa... Söhbətə başladıq. Bu aləmdə olan insanların etibarsızlığından söhbət düşdü. Zeynəb Xanlarovadan danışdıq. Amma mən bunu müsahibə üçün demədim, yəni etibar edib, aramızda söhbətləşdik. Məlumat mətbuata yayılıb, mən dediyimi inkar etmirəm. Zeynəb Xanlarovanın sənəti, səsi yoxdu. Bəli mən indi də təsdiq edirəm, hansı bir konserti izləsəniz görərsiniz ki, Zeynəb Xanlarova "xoruz" buraxırdı, xoruzsuz keçinmirdi. Zeynəb Xanlarova şuxluqdan başqa səhnəyə heç bir şey gətirmədi. Əlavə edirəm o səhnəyə mədəniyyət gətirə bilmədi!
Zeynəb Xanlarovanın çörəyi dizinin üstündə idi. Heydər Əliyev Zeynəb Xanlarovaya çörək verdi, o isə çörəyə naxələflik etdi, çıxıb A. Mütəllimovun səsverməsində ona dəstək istədi. O dəstək üçün də A. Mütəllimov ona H. Əliyevin qardaşının evini hədiyyə verdirdi. Bu etibarsız Heydər Əliyevin zəhmətinə, onun üçün etdiklərinə belə qiymət verdi. Gedib illərdi o evdə yaşadı.
Sonra Ələkbər Tağıyevin mahnılarını oxudu və onunla da zirvəyə qalxdı. Çünki H. Əliyev cənablarının xoşu gəlirdi həmin mahnılardan ... Heydər Əliyev böyük adam idi ki, Zeynəb Xanlarovanı bağışladı. SSRİ xalq artisti adını da ona Heydər Əliyev verdirdi... O da utanmadı, arsız-arsız gedib Əziz Əliyevin evində yaşadı. Mən nə deyirəm haqlı deyirəm, düz deyirəm. Zeynəb Xanlarova ağzını açsa, Şəki məsələsini yadına salaram. Heydər Əliyev sayəsində onu Türkiyədə əl üstündə qarşıladılar. Bir sözlə Z. Xanlarovanın çörəyi dizi üstündədir".
Flora Kərimova iddia edir ki, Zeynəb Xanlarova dəfələrlə onu təhdid edib: "Məni təhdid etdirirdi. Ərinə, ona, buna zəng elətdirirdi... Axırda bezdim, dedim ki, mən ər çörəyi yeyirəm. Heç kəs məni qorxuda bilməz bu həyatda ... Bizim onla ədavətimiz onun ikiüzlüyündən sonra başladı. Onun mənə qarşı səhvi bir olmayıb, iki olmayıb, çox olub. Onu nə müğənni, nə də millət vəkili olaraq qəbul etmirəm. O siyasətçi ola bilməz".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır