"Heydər Əliyev Fondu Azərbaycanda təhsil sahəsində yeni səhifə açıb"

"Heydər Əliyev Fondu Azərbaycanda təhsil sahəsində yeni səhifə açıb"
SİYASƏT
12:25 03.05.2022
1168
Son illər Azərbaycanda təhsilin inkişafı xüsusi mərhələyə qədəm qoyub. Göstəricilərə nəzər salsaq görərik ki, son illərdə yeni və ən müasir məktəblərin tikilib istifadəyə verilməsi, bəzi məktəblərin yenidən təmir olunaraq müasir avadanlıqlarla təmin olunması artıq ənənə halını alıb. Təhsil sahəsində görülən işlər bu sahəsin inişafına xüsusi təkan verib. 

Dövlət başçısı İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun təhsil sahəsinə xüsusi qayğısı nəticəsində istər Bakıda, istərsə də bölgələrdə təhsil alanların işləri xeyli rahatlaşıb, uşaq və gənclərin təhsil sahəsinə marağını daha da artıb.

Heydər Əliyev Fondunun bu sahədə keçirdiyi irimiqyaslı layihələr son illərdə xüsusi diqqət çəkir. Elm və təhsil Heydər Əliyev Fondunun ictimai fəaliyyətinin əsas prioritetləri sırasındadır. 

Fondun ən uğurlu layihələrindən biri də yeni məktəb binalarının tikintisidir ki, bu da artıq geniş vüsət alıb. 

"Yeniləşən Azərbaycana yeni məktəb” proqramı 2005-ci ildən bəri həyata keçirilir. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır.

 

Milli Məclisin deputatı Hikmət Babaoğlu AZXEBER.COM-a açıqlamasında Fondun təhsil sahəsində gördüyü işlərdən danışıb.

O, qeyd edib ki, Heydər Əliyev Fondu Azərbaycan təhsilinin inkişafında xüsusi xidmətlər göstərib:

"Heydər Əliyev Fondu Azərbaycan təhsilinin inkişafında xüsusi xidmətlər göstərib. Mədəni irsimizin bərpa olunmasında, mədəni-mənəvi irsimizin dünyaya tanıdılmasında böyük işlər görüb. Fond eyni zamanda sosial müdafiəsi zəif olan insanlarımızla xüsusi işlərin aparılması ənənəsini yaradıb. Bütövlükdə cəmiyyətin həssas təbəqəsinə qarşı diqqətli olub. Amma şübhəsiz ki, bunlarınn içərisində millətimizin gələcəyi baxımından, intellektual resurslarımızın zənginləşdirilməsi baxımından təhsil ən strateji bir sahədir. Ona görə də, yeniləşən Azərbaycanda yeni məktəb layihəsi də daxil olmaqla təhsilimizin inkişafı və müasir tələblərə cavab verməsi istiqamətində çox böyük layihələr həyata keçirilib. Bu ənənələr bu gün də davam edir”. 

Deputat həmçinin əlavə edib ki, Fondunun Azərbaycanda təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi fəaliyyət xalqın gələcəyi baxımından çox əhəmiyyət daşıyır:

"Hazırki tarixi mərhələdə xalqların milli gücünü təyin edən əsas faktorlardan biri onun təhsil göstəriciləri, təhsilinin inkişaf səviyyəsidir. Bu gün hərbi sahədə, mədəniyyətdə, sosial münasibətlərdə, yeni sənaye inqilabı çağırışları koteksində önə çıxan yenə də intellektual resurslardır. Bu da mütləqdir ki, təhsilin səviyyəsinin yüksəldilməsindən keçir. Buna görə də Heydər Əliyev Fondunun Azərbaycanda təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi fəaliyyət xalqımızın gələcək inkişafı baxımından çox strateji əhməmiyyət daşıyır”.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
16:34 08.10.2026
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
16:32 08.10.2026
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
16:25 08.10.2026
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
16:20 08.10.2026
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
16:19 08.10.2026
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?
16:16 08.10.2026
Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
16:08 08.10.2026
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Azərbaycanın U-20 millisinin üzvü "Olimpiakos"un düşərgəsində
16:05 08.10.2026
Azərbaycanın U-20 millisinin üzvü "Olimpiakos"un düşərgəsində
Prezidentin Türkmənistan səfəri ilə bağlı gözlənti: “Yeni imkanlar yaranır”
16:02 08.10.2026
Prezidentin Türkmənistan səfəri ilə bağlı gözlənti: “Yeni imkanlar yaranır”
Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev kimdir? – DOSYE
15:47 08.10.2026
Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev kimdir? – DOSYE
Yusif Yusifov vəzifəsindən azad olundu - Prezidentdən yeni təyinat
15:46 08.10.2026
Yusif Yusifov vəzifəsindən azad olundu - Prezidentdən yeni təyinat
“Azərbaycanın sədrliyi yeni əməkdaşlıq imkanları yaradacaq”
15:31 08.10.2026
“Azərbaycanın sədrliyi yeni əməkdaşlıq imkanları yaradacaq”
Könül Nurullayeva: Azərbaycanın Mərkəzi Asiyada rolu daha da güclənir
15:08 08.10.2026
Könül Nurullayeva: Azərbaycanın Mərkəzi Asiyada rolu daha da güclənir
Rəna Abbasovaya yüksək vəzifə verildi
14:55 08.10.2026
Rəna Abbasovaya yüksək vəzifə verildi
İlham Əliyev Sərdar Berdiməhəmmədovla görüşdü - FOTOLAR
14:31 08.10.2026
İlham Əliyev Sərdar Berdiməhəmmədovla görüşdü - FOTOLAR
"Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq"
14:13 08.10.2026
"Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq"