Heydər Əliyev Fondunun dəstəyi ilə “Mənim ürəyim Şuşa” musiqi kompozisiyası hazırlanıb - VİDEO

Heydər Əliyev Fondunun dəstəyi ilə “Mənim ürəyim Şuşa” musiqi kompozisiyası hazırlanıb - VİDEO
SOSİAL
10:24 07.11.2020
817
Azərbaycanın dilbər güşələrindən olan, Qarabağımızın döyünən qəlbi Şuşa hər birimizin qürur mənbəyidir. Xan Şuşinskinin səsini qoynunda saxlayan başı qarlı, vüqarlı dağları ilə əzəmətli görünən Şuşa hər bir azərbaycanlı üçün xüsusi önəm daşıyır. Cənubi Qafqazın dəyərli mədəniyyət mərkəzlərindən biri olan Şuşa, milli memarlıq uslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi, mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə məşhur olub. Muğamımızın beşiyi sayılan, Qarabağın dilbər guşəsi Şuşa şəhəri əbədi olaraq Azərbaycanın mədəniyyət məbədidir.

Şuşanı "Şərqin konservatoriyası" və "Azərbaycanın musiqi beşiyi" adlandırırlar. Bu şəhər Azərbaycanın bir sıra görkəmli şair, müğənni, musiqiçi və böyük bəstəkarların Vətənidir. Xurşudbanu Natəvan, Cabbar Qaryağdıoğlu, Bülbül, Xan Şuşinski, Üzeyir Hacıbəyli və digər dəyərli sənət adamları bu şəhərdə yaşayıb, bu şəhərdə yaradıblar.

Azərbaycanın döyünən qəlbi, Qarabağın mirvarisi Şuşa haqqında musiqi kompozisiyası hazırlanıb. Bakı Media Mərkəzindən "Report”a verilən məlumata görə, layihə Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşıb.

Şuşa haqqında kompozisiyanın müəllifi xaricdə yaşayan həmyerlimiz Anar Bramodur. Sözləri Çexiyada yaşayan azərbaycanlı tanınmış şairə Leyla Beqimə məxsus olan "Mənim ürəyim Şuşa” adlı mahnının musiqisi məhz Almaniyada yaşayan həmyerlimiz, məşhur skripkaçı Anar Bramo tərəfindən bəstələnib.

Musiqi kompozisiyasının çəkilişlərini Bakı Media Mərkəzi həyata keçirib. Azərbaycan, rus və ingilis dilində hazırlanan musiqi parçasını müvafiq olaraq əməkdar artist Sevda Ələkbərzadə, Orxan Cəlilov və hazırda ABŞ-da yaşayan istedadlı müğənnimiz Ülviyyə Salayeva ifa ediblər. Musiqi kompozisiyasının çəkilişlərində dirijor Fuad İbrahimov və sənətçilər Kənan Bəşirli, Sahib Paşazadə, Anastasiya Avdeyeva, Nicat Məsimov, Naala Baratelia, "Lumineux” vokal-xor ansamblı və Bakı Kamera Orkestrindən ibarət yaradıcı kollektiv iştirak edib.

Azərbaycanın dilbər guşəsi, Qarabağın gözəllik simvolu Şuşa hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu gözəl şəhərdə ermənilər tərəfindən talan olunan mədəniyyət nümunələrimiz, məhv edilən tarixi abidələrimiz bərpa ediləcək. Yenə gözəl Cıdır düzü Azərbaycan igidlərinin məskəninə çevriləcək, doğmalarının nəfəsinə həsrət qalan xarı bülbül əsrarəngiz gözəlliyi ilə hamını valeh edəcək.

Şuşa Qarabağdır, Qarabağ isə Azərbaycandır! Şuşa, Vətənini, millətini sevən hər bir Azərbaycan vətəndaşı üçün dogma torpaq, əziz bir şəhərdir. Bu gün hər bir Azərbaycan vətəndaşı digər ərazilərimiz kimi, döyünən ürəyimiz – Şuşanın da azad olunacağı günü səbirsizliklə gözləyir.

3 dildə olan musiqi kompozisiyasını Bakı Media Mərkəzinin rəsmi youtube və digər sosial şəbəkə səhifələrində izləmək mümkündür.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO