Heydər Əliyev Fondunun xoşməramlı missiyası - MƏQALƏ

SİYASƏT
20:15 11.05.2013
2879
Həyat... Dirəkləri gözəl duyğulardan, saf dəyərlərdən ibarət olan, qısa müddətli sınaq meydançası... 
Düşüncələrim məni bəzən çox incidir, bəzən isə məni tam fərqli və hər zaman arzusunda olduğum mühitə aparır. Həyatımda qurduğum və hələ də yaşatdığım böyük arzularımdan biri uğurlu və insanlığa xeyirli ola biləcək bir missiya formalaşdırmaq idi. Ancaq arzuların çox gözəl hiss olduğunu bilərək arzularımın real məqsədlərə çevrilməsi üçün mübarizə aparmağa başladım. Düşünürəm ki,arzulardan daha çox məqsədlərim üçün yaşamalıyam. Məqsədlərimin həyata keçməsi üçünsə güclü inam və iradə hissinin olamasını artıq öz-özlüyümdə həyat prinsipi olaraq qəbul etdim...İnsanlıq naminə, sülhün və ədalətin bərpası üçün fəaliyyət göstərən , milli mənəvi dəyərləri yaşayaraq yaşadan insanları çox müşahidə etdim və gəldiyim qənaət: malik olduğu prinsipləri sahib tutaraq missiyasını müəyyənləşdirən insanlar təyin etdikləri hədəf və məqsədlərə daha tez nail olurlar. Ölkə vətəndaşı və dünyanın vətəndaşı olmaq prinsipləri arasında olan əlaqələrin hər zaman marağında olmuşam. Ölkə vətəndaşı olmaq, onun məsuliyyətini dərk etmək hislərini yaşamaqla bərabər, eyni hüquqları paylaşdığımız bütün dünyanın insanlarını da düşünmək, qayğı göstərmək ən gözəl hislərdəndir. İnsanlıq sevgisi paylaşıldıqca daha sürətlə yayılar və əhatə dariəsi genişlənər. Sevgi... Sülh... Mübarizə... Böyük kütlənin hər zaman ehtiyac duyduğu və yaşadığı hislər. Ancaq bu hislər, hər zaman böyük kütlənin içərisindən mütləq şəkildə bir lider formalaşdıraraq mərkəzləşir. Bütün dəyərlər, hisləri ozündə cəmləşdirən liderin ömrünün sonuna qədər apardığı mübarizə böyük kütlənin arzuladığı nəticələri nəsib edə bilir.
Qələmə sualım: Sənin xoşməramlı missiyan nədir?
Qələm: İnsan düşüncələrini ağ kağıza köçürmək.
Qarşımdakı ağ kağıza müraciət edərək: bəs sənin necə, xoşməramlı missiyan varmı?
-İnsan beyninin güzgüsü olamaq elə insanlığa xidmət etmək deməkdir...
Fərqli missiyalar... İnsan beyni, düşüncələri, daxili aləmi və kütlənin böyük təsiri insanın həyata keçirdiyi missiyaların mənbəyidir. Xoş məramlı missiya- Qaranlıqda işıq axtarıb, kiçicik nöqtə ölçüsündə nuru görüb ona qovuşmaq və arxanca gətirdiyin böyük kütlənin o nura qovuşması üçün həyati mübarizə aparmaqdır.
Uşaqlıq illərimdən bəri böyük arzularla yaşamışam, ancaq o arzuların böyük qisminin hələ arzu olaraq qalması məni çox narahat edir... Qarşımda hər dalğalanması mənə ruh yüksəkliyi verən Azərbaycan bayrağı var... Ona baxdığım hər anda ürəyim qipdə ilə döyünür... Çünki böyük, tarixi, milli mənəvi dəyərləri və sahib olduğu sərvətləri ilə millətlər içindən seçilən bir millətin simvoludur. Millətin varlığı onun olub olmaması ilə ölçülürsə bundan böyük missiya ola bilməz. Qəlbimnən bayraq olub zirvələrdə dalğalanmaq arzusu keçdi. Tarix, zaman, millət bayraq qədər önəmli və şərəfli missiyanı öz üzərində daşıyan və onu tam məsuliyyəti və sevgisi ilə həyata keçirən insanları yetişdirir. Millətinə sahib çıxan, tarixini, dəyərlərini, əxlaqını və mənəviyyatını özünə qaytaran bir lider- Heydər Əlirza oğlu Əliyev millətinə bəxş edildi. Gələcəyi, olacaq hər şeyi əvvəlcədən təxmin etmək mümkün deyil. Ancaq dahi şəxsiyyətin doğuluşdan yaşadığı həyat, keçdiyi yol millətin talehində mühim, dönüş yaradan önəmli bir missiyanın formalaşması üçün səbəb oldu. Tariximizi zənginləşdirən və millətimizi millətlər içində var edən möhtəşəm, məsuliyyətli bir missiya! Hər bir gənc ondan sonra gələcək nəsil üçün narahat olmalıdır. Çünki millətin varlığı gələcək nəsillərin sahib olduqları bilik, savad, dəyərlərə münasibət, keçmişə bağlılıq, dünyaya və insanlığa münasibətdən asılıdır. Ümumilli liderimizin millətimizin varlığı və yükşəlişi naminə apardığı mübarizə və müqəddəs missiya dünyaca məhşur Heydər Əliyev Fondunun örnək olunası fəaliyyəti ilə layiqli şəkildə davam etdirilir. 
2004-cü ildən fəaliyyətə başlayan, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif misilsiz layihələr həyata keçirərən Heydər Əliyev Fondu yeni və daha mükəmməl, savadlı, zamandan daha da sürətlə inkişaf edən cəmiyyətin formalaşması üçün töhfələr verməkdədir. Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının 1-ci xanımı, Millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən müqəddəs və xoşməramlı missiya xalqımızın uğurlu sabahına və gələcək nəsillərin inkişafına yönəlmişdir.Azərbaycan gənci kimi örnək fəaliyyət biz gəncləri çox sevindirir, qürurlandırır və gələcək nəsillərin daha sağlam şəraitdə böyüməsi arzularımızın reallaşamasını göstərir. Herydər Əliyev Fondunun xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirərək həyata keçirdiyi birgə layihələr, respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri, elmi tədqiqatların aparılmasına yardım göstərməsi, xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsi cəmiyyətimizin inteqrasiyasını daha da sürətləndirir və gənclərimizin özlərini uğurla və ruh yüksəkliyi ilə inkişaf etdirmələri üçün geniş imkanların yaradılmasına səbəb olur. Yerli və beynəlxalq əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara köməklik göstərmək, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirmək, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləmək, sağlam həyat tərzini təbliğ etmək kimi xoşməramlı missiyalar cəmiyyətimizin və gələcəyimizin daha da sağlamlaşmasına, dünya millətlərinə xalqımızın xeyirxah, insansevər olmasını nümayiş etdirir. Bu xoşməramlı missiya, dünya millətlərinin millətimizə, sahib olduğumuz dəyərlərimizə müsbət münasibətinin və sevginin yaranmasına səbəb olur. Dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək, bir daha uğurlu missiyanın dünyanın problemlərinə biganə qala bilməməsi və tək ölkə vətəndaşı olmaq deyil, o cümlədən dünyanın vətəndaşı olmaq məsuliyyətinin düşünülməsinin bariz nümunəsidir. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı olduqca uğurlu və müsbət nəticələrlə cəmiyyətimizin bütün təbəqələrindən olan insanlarının sevincinə səbəb olan xeyirxahlıq nümunəsidir. Kimsəsizlərə sahib çıxmaq, onların problemlərinin həllinə çalışmaq, mənəvi və maddi tələbatlarını ödəmək, hər tərəfli inkişaf etmələri üçün şərait yaratmaq insanlığa və gələcək nəsil üçün ən gözəl və heyrətamiz fəaliyyətlərdəndir. ” Proqramı çərçivəsində respublika üzrə 30-dan çox uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar inşa edilmiş və kommunal şərait yaxşılaşdırılmışdır. Müəssisələrdə kitabxanalar yaradılmış, onlar müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla təmin olunmuş, əksər uşaq evləri və internat məktəblərində kompyuter avadanlığı quraşdırılmış, sinif otaqları interaktiv təhsil üçün uyğunlaşdırılmışdır. Uşaqlar hər zaman sülh və sevgi mühitində böyüməlidirlər. Heydər Əliyev Fondu təkcə kimsəsiz uşaqlara deyil bütün dünya uşaqlarının sülh, sevgi, sağlam həyat mühitində böyüməsi naminə fəaliyyət həyata keçirir. Hər bir uşağın təhsil hüququndan rahat şəkildə yararlanması üçün “Təhsilə dəstək” layihəsi həyata keçirilir. Təkcə ölkəmizin uşaqları deyil digər ölkələrin nəsillərinin təhsil problemləri hər zaman fondun diqqətindədir. Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələdən sonra dağılmış qızlar üçün yeni orta məktəb binasının inşası ən uğurlu və önəmli layihələrdəndir. Dünyaca məhşur və millətlərin sevgisini qazanan liderlərin ilk narahat olduqları sahələr təhsil və səhiyyədir. Çünki dünya millətlərinin bir-birilərini daha rahat anlaması üçün, bir-birilərinə daha sürətlə inteqrasiya etmələri üçün sürətli təhsil və elm dalğasına ehtiyac vardır. Heydər Əliyev Fondunun dünyanın bir çox bölgələrində həyata keçirdiyi təhsil, elm layihələri dünya millətlərinə olan sevgidən və bütün millətlərin dəyərlərinə olan xoş münasibətdən irəli gəlir. Fondun xeyriyyə məqsədi ilə heyata keçirdiyi mühim layihələrdən biri də 2012-ci il iyunun 14-də, Beynəlxalq donorlar günündə, Pakistanda talassemiya, hemofiliya və qan xərçəngindən əziyyət çəkən xəstələrin müalicəsi ilə məşğul olan bir neçə xəstəxananı özündə birləşdirən Həmzə Xeyriyyə Fonduna Heydər Əliyev Fondu tərəfindən xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunmuş təcili tibbi yardım maşını və 2000 ədəd qanköçürmə paketi təqdim olunmuşdur. Eyni zamanda Fond Pakistanın Peşəvər şəhərində imkansız xəstələrin müalicə olunduğu Paxtunxva Göz Xəstəxanasına maliyyə yardımı göstərmişdir. Dünya fərqliliklər üzərində qurulub. Fərqli dinlər, fərqli dillər, fərqli irqlər, fərqli psixologiyalar.... Fərqli dəyərlər və düşüncələr... Bu fərqliliklər bəzən bir biriləri ilə təzad təşkil edir ancaq bu təzadın özü belə ayrıca bir gözəllikdir. Gecə ilə gündüz bir birisi ilə təzad təşkil etsə də bir birilərini çox gözəl şəkildə nizamlaya bilirlər və bu təbiətin yaradılışına ayrıca bir gözəllik qatır. Dinlər, dillər, irqlər, mədəniyyətlər arasında dialoq millətlər arasında sevgi körpüsü rolunu oynayır. Azərbaycan xalqının digər millətlərlə sevgi körpüsünün qurulmasında ən mühim rolu məhz Heydər Əliyev Fondu olmuşdur. Müxtəlif dinlərə, dillərə, irqlərə, mədəniyyətlərə sevgi ilə yanaşan və millətimizi dünyaya tolerant xalq kimi təqdim edən Heydər Əliyev Fondu bu sahədə artıq dünyada tanınmış beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Millətlərin sevgi, sülh, əməkdaşlıq mühitində yaşaması üçün dialoq və əməkdaşlığa böyük ehtiyac vardır. Dünya dövlətləri və millətləri bu cür fəaliyyətə hər zaman maraqlıdırlar ancaq Heydər Əliyev Fondunun bunu öz fəaliyyət proqramının əsası şəkilində reallaşdırması və millətimizin tarixində yaşanan acı səhifələrin məhz bu fəaliyyət çərçivəsində dünyaya çatdırması yeni təbliğat strategiyasının işlənilməsi deməkdir. Azərbaycan tarixi, mədəniyyəti dünyanı Heydər Əliyev Fondunun yeni təbliğat strategiyası ilə həyata keçirilir. Daha muasir və dünyanın bütün millətlərinin anlaya biləcəyəyi şəkildə təbliğat strategiyası artıq öz müsbət nəticələrini verməkdədir. Zaman-zaman millətimizin əleyhinə yönəlmiş informasiya müharibəsi zamanı bir çox məğlubiyyətlərimiz artıq bu fəaliyyətlə çoxdan lehimizə dəyişmişdir. Azərbaycan xalqı artıq dünya millətləri içində öz mədəniyyəti, milli mənəvi dəyərləri ilə seçilən və sevilən millətlərdəndir. Azərbaycan muğamı dünya millətlərinin təsəvvüründə nadir incilərdənir. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən Beynəlxalq Muğam Festivalları Azərbaycan muğamını dünya səhnələrinə çıxarır və yeni muğam ifaçıları nəslinin formalaşmasına səbəb olur. Qarabağ muğamı dünyanı dolaşır. Bu işğal altında olan torpaqlarımızın haqq səsidir, torpaqlarımızın azadlığı uğrunda canından qanından keçmiş şəhidlərimizin səsidir. Heydər Əliyev Fondu və dünyaca məhşur xoşməramlı missiya. Bu missiyanın layiqli və məsuliyyətli daşıyıcısı- Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının 1-ci xanımı, Millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır. Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının 1-ci xanımı, Millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın davam etdirdiyi və təşəbbüskarı olduğu bu xoşməramlı və müqəddəs missiya uzun illər boyu millətlər üçün örnək, millətimiz üçün zəfər sayılacaq. Zəfər Qədəmlərin Mübarək Azərbaycan!Seymur BayramovQarabağ Araşdırmalar Mərkəzinin sədri 

OXŞAR XƏBƏRLƏR