Bu gün Milli Olimpiya Komitəsində Avtomobil İdman Növləri Federasiyasının İcraiyyə Komitəsinin toplantısı keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova APA-ya bildirib ki, səsvermə yolu ilə keçirilən iclasda Heydər
Əliyev Fondunun icraçı direktoru, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Federasiyanın prezident seçilib.
Qeyd edək ki, Federasiyanın bundan öncəki prezidenti Çingiz Baxşəliyev olub