“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Heydər Əliyev Milli Təhsilimizin Banisidir" adlı dəyirmi masa keçirəcək.
Bu haqda AZXEBER.COM birliyin sədri Çingiz Bayramov məlumat verib. Tədbir 7 may tarixində Azərbaycan Mətbuat Evində keçiriləcək.