Heydər Əliyev prospektində Vergilər Nazirliyi üçün inşa edilən binada iş görən kran qorxu dolu anlar yaşadıb.
AZXEBER.COM-a hadisə şahidləri tərəfindən göndərilən videoda, kran tikintidə istifadə edilən ağır materialları prospektin üstü ilə hərəkət etdirib. Havanın küləkli olması və yükün bir neçə dəqiqə yüksəklikdə qalması qəza ehtimalını daha da artırıb.
Qeyd edək ki, sözügedən inşaat Vergilər Nazirliyinin yeni tikilən inzibati binasında aparılıb. Tikintini 96 milyon dollar qarşılığında Türkiyənin "Tekfen İnşaat” şirkəti həyata keçirir. Sözügedən şirkət bundan öncə SOCAR Towers və Bakı Olimpiya Stadionu da inşa etmişdi.